Yaponiya sahillərində batan yük gəmisində 8 nəfər ölüb

15:07 26 Yanvar 2023

Yaponiyanın cənub-qərbindəki Naqasaki əyaləti sahillərində dünən batan Honq-Konq bayraqlı yük gəmisində 8 nəfərin öldüyü açıqlanıb.

Sitat.info xəbər verir ki, Çinin Yaponiyadakı baş konsulu Lyu Quicun qəzada 6-sı Çin vətəndaşı olmaqla 8 nəfərin öldüyünü açıqlayıb.

Lyu bildirib ki, gəminin 30 ekipaj üzvündən 13-ü xilas edilib, 8 nəfərin cəsədi tapılıb.

Lyu, itkin düşən 9 nəfərin tapılması üçün hər cür səy göstərilməsini tələb etdiklərini bildirib.

Qeyd edək ki, Honq-Konq bayraqlı 6551 tonluq "Cintan" yük gəmisi Yaponiya ilə Cənubi Koreya arasında yerləşən Danco adalarından 110 kilometr qərbdə batıb.

Gəminin heyətinin Çin və Myanma vətəndaşları olduğu açıqlanıb.

Yaponiya Sahil Mühafizəsi bölgədə axtarış-xilasetmə fəaliyyətlərini davam etdirir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti