Ukrayna MN müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb
Ukrayna MN müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb
Ukrayna Müdafiə Nazirliyi (MN) müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb.
“Report” xəbər verir ki, məlumatda qızğın döyüşlərin getdiyi bildirilib:
“Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar”.
Qeyd edilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarını, xəstəxanaları, bağçaları hədəf alır.
“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, - məlumatda bildirilib.