Səfirlik əməkdaşları Azərbaycana təxliyə edilir - XİN

13:19 27 Yanvar 2023

“Tehran səfirliyimizə hücumu pisləyirik, səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir”.

“Sitat.info”nun məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.

“Hücumu ən sərt şəkildə qınayırıq”, - XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 



Xəbər xətti