Ukrayna Prezident Ofisi ölkənin Mariupol və Volnovaxi şəhərlərində müvəqqəti atəşkəsin elan olunması və humanitar dəhlizlərin açılması barədə məlumat yayıb.
SİTAT.İNFO xəbər verir ki, ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hazırda bununla bağlı işlər görülür.
“Mariupol və Volnovaxidə humanitar dəhlizlərin açılmasına hazırlıq görülür. Tərəflər dəhlzilər olan yerdə müvəqqəti atəşkəs elan edib”, - o söyləyib.
Mariupol şəhərinin meri Vadim Boyçenko da məlumatı təsdiqləyib.
Bildirilib ki, bu addım şəhərin mühüm infrastrukturunun - elektrik enerjisi, su və mobil rabitənin bərpasına başlamağa imkan verəcək. Həmçinin Mariupolu zəruri ərzaq və dərmanlarla təmin etmək mümkün olacaq.
Əhalinin təxliyəsi üç məntəqə üzrə bələdiyyə avtobusları ilə həyata keçiriləcək. (Report)