"Burada erməni izi yoxdur, terroru İran törədib" - İlham İsmayıl

17:47 27 Yanvar 2023

"Burada erməni-İran birliyi yoxdur. Bunu İran törədib. Biz İsraildə səfirlik açdıq. Daha sonra İran mətbuatı yazılar dərc etdi ki, "Azərbaycan bunun bədəlini ağır ödəyəcək". Bizə qarşı birinci addım İrəvan-Tehran  qardaşlaşması oldu. Bu qardaşlıq zatən aydın idi. Onlar Azərbaycan və Türkiyəyə düşmənçilik edirlər. İndi də səfirliyimizin hədəf kimi seçilməsində bəlkə də əsas məqsəd İsraildə səfirliyimizin açılmasına cavab idi".

Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl deyib. 

Onun sözlərinə görə, İran bizi diplomatik yolumuzdan döndərə bilməz: "İsrail bizə dost ölkədir, hər zaman yanımızda olub, yəni haqqın yanında olub. İran isə haqqın yanında olmayıb. İran dövləti hər zaman nahaqqın yanında olub. İran bizdən qisas almaq istəyir ki, niyə İsraildə səfirlik açmısımız. Bəs biz deyirikmi, ay məzhəbçilik davası edənlər, şiələri qıran Ermənistanda niyə səfirlik açmısınız? Neçə illərdir demədik. münasibətləri normal saxlamağa çalışdıq. Amma münasibətləri pozan İran oldu". 

İ.İsmayıl bildirdi ki, İranın apardığı düşmənçilik siyasətindən sonra Azərbaycan tərəfi bir çox məsələlərdə açıq mövqeyini ortaya qoydu: "Həmişə elə təqdim edirlər ki, İrana hər şey olar, bizə yox. Elə bilirlər ki, onlar bizi təhdid etməlidir , biz susmalıyıq. Onlar bizə nəsə deyə bilər, ancaq biz cavabını verə bilmərik. Əvvəl hətta bizim mediamızda belə Cənubi Azərbaycan söhbəti getmirdi. Ərdoğanın bir bayatısı ilə onlar ayağa qalxmışdı. Ancaq indi rəsmi mövqeyimizi səsləndiririk, dövlət başçısı səviyyəsində Türk Dövlətləri Təşkilatının toplantısında İran mövzusunu, güney mövzusunu qoyuruq. Onlar elə bundan qorxurdular. Amma özləri bizi bunu etməyə vadar edirlər. Biz çox səbrlə gözlədik, dözdük. Ancaq İran səbr kasamızı daşırtdı". 

Nərgiz,

Sitat.info



Xəbər xətti