Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Ukrayna atom elektrik stansiyalarının sursatları ilə bağlı məlumatlarından diqqəti yayındırmaq üçün MAQATE-dən Zaporojye AES yaxınlığında partlayışlar barədə yalan məlumat yayılıb.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu fikri cümə günü Rosenergoatom konserninin baş direktorunun müşaviri Renat Karçaa bildirib.
Onun sözlərinə görə, MAQATE-nin bu cür hərəkətləri sübut edir ki, rus xarici kəşfiyyatı hədəfi vurub: "Belə olduğu üçün ictimaiyyətin diqqətini mümkün qədər Ukraynanın nəzarətində olan ərazidə yerləşən atom elektrik stansiyalarından yayındırmaq, maksimum diqqəti Zaporojye AES-ə yönəltmək lazım gəlir. Bu baxımdan onların bundan yararlanması tamamilə mümkündür. Bu vəsilə ilə Zaporojye AES-in ətrafındakı vəziyyəti belə bir şəkildə gərginləşdirirlər”.
Karçanın hesab edir ki, ikinci səbəb MAQATE-nin diqqətini təhlükəsizlik zonasının yaradılması məsələsinə yönəltməkdir: "Qərb informasiya məkanında o, stansiyanın “demilitarizasiyasına" məsələsi yer alır... "Bu müharibədə Ukrayna kuratorlarının hesablamalarını nüvə təhlükəsizliyi mövzusu ilə ört-basdır etmək və Rusiya Federasiyası üçün qəbuledilməz şərait yaratmağa çalışmaqdır. Bu yanlış və çirkin yoldur".
Nərgiz,
Sitat.info