Zaxarova AŞPA-da azərbaycanlıların Rusiya əleyhinə səs verməsindən danışıb

18:52 27 Yanvar 2023

"Rusiya müxtəlif şəxsiyyətlərin və siyasi qüvvələrin səsverməsinə cavab verməyi məqsədəuyğun hesab etmir".

Sitat.info xəbər verir ki, Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  AŞPA-da Azərbaycan nümayəndə heyətinin iki üzvü - deputatlar Erkin Qədirli və Könül Nurullayevanın Rusiya və Belarusun ali rəhbərliyi üçün tribunal çağırılması məsələsinə səsverməsinə münasibət bildirərkən deyib. 

Təsəvvür edirsinizmi, nə qədər şəxslər və ya siyasi qüvvələr siyasi ritorika ilə məşğuldur. Hamıya cavab verəcəyik? Əgər siz hər hücuma cavab verməyə başlasanız, bunun üçün “kifayət qədər gücünüz yoxdur".

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti