İran mediası televiziyada Azərbaycan səfirliyinə hücum edən şəxsə mikrofon uzadıb. Bu görüntülər dünya mediasında "Sensasiya" başlığı ilə yer alıb. Bir nəfər azərbaycanlını şəhid edib, 2 nəfəri yaralayan terrorçuya efir verilməsi kəskin şəkildə qınanılıb. Dünya praktikasında bu cür hallar nadir baş verir, terrorçunun qolları qandallanmaq ona əvəzinə mikrafon uzadılır.
Sitat.info xəbər verir ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edən Yunis Hüseynzadə adlı terrorçudan İran telekanalları müsahibə alıb.
Qeyd edək ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Nərgiz,
Sitat.info