Moldova Azərbaycanlıları Konqresi İrandakı səfirlikdə törədilən terrorla bağlı bəyanat yayıb

19:47 27 Yanvar 2023

Moldova Azərbaycanlıları Konqresi ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı bəyanat yayıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Konqres üzvləri bu xain hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsindən, ikisinin isə yaralanmasından böyük təəssüf hissi keçirdikləri vurğulayıb, beynəlxalq ictimaiyyətin diqqətini insanlıq əlehyhinə yönələn cinayət əməlinə cəlb ediblər.

Moldova Azərbaycanlıları Konqresi İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində birgə qanunsuz əməllər törətdiyini qeyd edərək, beynəlxalq təşkilatlardan ədalətli mövqe ortaya qoymağı, cinayəti törədənlərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün addımlar atmağı tələb ediblər.



Xəbər xətti