Tanınmış həkim vəfat etdi

11:31 28 Yanvar 2023

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin nevrologiya kafedrasının dosenti, tanınmış nevroloq Dilarə Xəlilova vəfat edib.

Bu barədə “Sitat.info”ya ATU-nun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Dilarə Xəlilova yanvarın 26-da gecə saatlarında dünyasını dəyişib, ötən gün dəfn olunub. 

Məlumata görə, o, uzun müddət ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra xəstəliklə əlaqədar vəzifəsindən uzaqlaşıb. 

 

 



Xəbər xətti