Bakıda 4 otaqlı evdə YANĞIN

12:10 28 Yanvar 2023

Bakıda 4 otaqlı evdə yanğın hadisəsi baş verib.

Sitat.info apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Əhmədli qəsəbəsində baş verib.

4 otaqlı fərdi yaşayış evinin bir otağında tüstülənmə olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda evdəki yanğının söndürülməsi istiqamətində işlər görülür.



Xəbər xətti