Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - Fotolar

10:37 30 Yanvar 2023

Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Hələ ki, mərhumun cənazəsi ailəsinə evinə gətirilməyib. 

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gecə Orxan Əsgərovun nəşi, yaralılar və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.




Xəbər xətti