Fransada sabah ölkə miqyasında kütləvi tətil gözlənilir - Pensiya islahatları geri çəkiləcəkmi?

13:05 30 Yanvar 2023

Fransada pensiya islahatları əleeyhinə başlayan tətillər davam edir. Hökumətin pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılması barədə qərarından sonra müxtəlif sahələrdə işçilər tətilə başlayırlar.
Sitat.info Fransa mediasına istinadən xəbər verir ki, bu dəfə aviadispetçerlər pensiya islahatlarına qarşı çərşənbə axşamı tətil edəcəklər.

Belə ki,  Fransa Mülki Aviasiya Baş İdarəsi Parisdəki Orly hava limanında  aviaşirkətlərin uçuş proqramlarının yüzdə 20-nin ləğv edilməsini istəyib.

Hökumətin pensiya islahatlarına etiraz olaraq müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə yanvarın 31-də ölkə boyu etiraz aksiyaları keçiriləcək.
Xatırladaq ki, baş nazir Elizabet Borne yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının məzmununu açıqlayıb.

Pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə çatdırılacağını qeyd edərək, 2027-ci ildə tasm pensiya almaq üçün  hər nəfərə 43 il sığorta haqlarının ödənilməsi tələbi olacağını qeyd edib. 

Yanvarın 19-da pensiya islahatına qarşı keçirilən ümummilli nümayişlərə 1 milyondan çox adam qatıldığı halda, Fransanın ən mühüm 8 həmkarlar ittifaqı vətəndaşları yanvarın 31-də yenidən küçələrə çıxmağa çağırıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti