Podolyakın xəbərdarlığından sonra İran Ukrayna səfirindən İZAH TƏLƏB ETDİ

17:40 30 Yanvar 2023

Ukrayna səfiri Podolyakın bəyanatları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata Ukrayna prezidentinin aparat rəhbərinin bəyanatını izah etmək təklif olunub

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, səfirdən bu ərəfədə Kiyevin İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücumda iştirakını faktiki olaraq etiraf edən Podolyakın bəyanatına aydınlıq gətirməsi xahiş olunub.

Bazar günü Podolyak öz tvitində bir daha İranı Ukraynadakı döyüş bölgələrini PUA-larla təchiz etməkdə günahlandırıb və dolayısı ilə Kiyevin İsfahana hücumda iştirakını bu cümlə ilə etiraf edib: “Ukrayna sizə xəbərdarlıq edib”.

Məğrur,

Sitat.info



Xəbər xətti