Finlandiya NATO-ya İsveçsiz, təkbaşına daxil olmaq təklifinə "yox" dedi

19:13 30 Yanvar 2023

Finlandiya, Türkiyə və İsveç arasında baş verən son hadisələrdən sonra təkbaşına NATO-ya daxil olub-olmayacağı ilə bağlı suallara cavab verib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-dan ayrılmaq istəmədiklərini, lakin bu prosesdə İsveçlə birlikdə olmaq istədiklərini bildirib.

Sitat.info xəbər verir ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "lazım olsa, Finlandiya ilə bağlı müxtəlif mesajlar da göndərə bilərik. Bu zaman İsveç şoka düşəcək, lakin Finlandiya da eyni yanlışa yol verməməlidir" açıqlamasından sonra   Pekka Haavisto bu gün məktub konfransı keçirib.

O bildirib ki, Ərdoğanın açıqlamasından Türkiyənin NATO prosesini sürətləndirmək ideyasının olduğunu anlayıb.

Haavisto İsveçlə birlikdə NATO-ya daxil olmaq istədiklərini və son 10 ayda alyansa daxil olmaq üçün müsbət addımlar atdıqlarını deyib. 

 O əlavə edib ki, NATO-ya üzv olmağı gözləmək üçün səbrləri var. 

Prezident Ərdoğanın bəyanatından sonra xarici işlər naziri Mövlud Çavuşoğlu və İsveç xarici işlər naziri Tobias Billström ilə görüşlər keçirdiyini bildirən Haavisto, onların üzvlüklərinin təsdiqlənməsinin NATO üzvü olan ölkələrin də xeyrinə olacağını qeyd edib.

Türkiyənin bu iki ölkənin NATO üzvlüyünü təsdiq etməsini nə qədər gözləyəcəkləri sualına Haavisto deyib: "Bunun üçün səbrimiz var. ABŞ, Böyük Britaniya və Avropalı müttəfiqlərimiz də daxil olmaqla, bir çox ölkə bunun üçün bizə təminat verdi. Bu, gözləmək üçün yaxşı səbəbdir.  Bu ölkələr bizim gözləmə siyahısında olduğumuzu və bu yolda  başımıza  bir şey gələrsə, köməyə gələcəklərinə söz verdilər. Biz etibarlı vədlər almışıq. Əlbəttə bu NATO-nun bir qanunu deyil, amma bizim üçün mühüm dəstəkdir".

Məğrur, 

Sitat.info



Xəbər xətti