Təbrizli soydaşlarımız Xoya yardım göndərdi - Video

10:51 31 Yanvar 2023

Təbrizli soydaşlarımız Xoyda zəlzələ nəticəsində evləri dağılan insanlara yük maşınları ilə yardım göndəriblər.

Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntü paylaşılıb. İran hökuməti isə iki gün əvvəl zərərçəkənlərə yardım yerinə etirazını bildirən insanları polisin təzyiqi ilə dağıdıb.

Qeyd edək ki, 28-29 yanvar tarixlərində Xoyda 6,5 və 4,5 bal gücündə zəlzələ olub. Nəticədə 3 nəfər ölüb, yaralıların sayı isə 1167 nəfərə çatıb.



Xəbər xətti