Xoyda 3500 evə ziyan dəyib

15:21 31 Yanvar 2023

Yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində 3500 evə ziyan dəyib.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, Qərbi Azərbaycan Mənzil İdarəsinin rəhbəri Cafer Berzeger zəlzələ nəticəsində dağılan evlər barədə məlumat verib.

Bildirilib ki, zəlzələdə ən azı 3500 evə 20 faizdən 80 faizə qədər ziyan dəyib. Xoy zəlzələsində evləri dağılan iranlılardan bəziləri idman salonları və ictimai binalara yerləşdirilib.
Fövqəladə Hallar İdarəsinin saytında verilən məlumata görə, şənbə günü, yanvarın 28-də İranın Hoy şəhərində yerli vaxtla saat 21:44-də 6,49 kilometr dərinlikdə 5,8 bal gücündə zəlzələ baş verib.

Qərbi Azərbaycan valiliyi Xoy şəhərində 70 kəndi yerlə-yeksan edən zəlzələ nəticəsində 3 nəfərin öldüyünü, 1167 nəfərin yaralandığını açıqlayıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti