Kreml: Baltikyanı ölkələr münaqişənin gərginləşməsinə səbəb olmaq üçün hər şeyə hazırdırlar

16:53 31 Yanvar 2023

Kremlin sözçüsü Dmitri Peskov, Baltikyanı ölkələrin aqressiv mövqe sərgilədiyini və onların nəticələri düşünmədən münaqişənin böyüməsini təhrik etmək üçün hər şeyi etməyə hazır olduqlarını bildirib. 

Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Litva prezidenti Gitanas Nausedanın Ukraynaya döyüş təyyarələri göndərmək təklifini dəyərləndirən Peskov bildirib ki, Baltikyanı ölkələr və Polşa nümayəndələrinin kifayət qədər aqressiv davranışlarını görürük. Onlar yəqin ki, nəticələri düşünmədən münaqişənin böyüməsini təhrik etmək üçün hər şeyi etməyə hazırdırlar.

“Avropanın aparıcı dövlət rəhbərlərinin bu şəraitdə sabitləşdirici rol oynamaması təəssüf doğurur”, - Peskov bildirib.

Qərbin Ukrayna məsələsinə qarışdığını vurğulayan Peskov bildirib ki, onların bu məsələdə iştirak səviyyəsi artır. Bunu nəzərə alırıq. Bu, hadisələrin gedişatını dəyişməyə kömək etməyəcək.

Ukraynanın keçmiş prezidenti Poroşenko, Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Ollandın Ukrayna məsələsi ilə bağlı Minsk razılaşmaları açıqlamalarına toxunan Peskov deyib:

"Poroşenko, Merkel və Olland təsdiqləyiblər ki, Minsk razılaşmaları Ukraynanı Donbas problemini güc yolu ilə həll etməyə hazırlamaq niyyətlərini ört-basdır edən pərdədir. Bu, Putinin xüsusi hərbi əməliyyata başlamaq qərarı verməkdə haqlı olduğunu sübut edir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti