"İsveçin NATO üzvlüyünə "hə" deməyimiz mümkün deyil" - Çavuşoğlu

18:01 31 Yanvar 2023

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin NATO-ya üzvlüyündən danışıb.

O bildirib ki, İsveç üzərinə götürdüyü öhdəliyi yerinə yetirərsə, oturub danışarıq. Amma hazırda İsveçin NATO üzvlüyünə "hə" deməyimiz mümkün deyil. 
Sitat.info xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijarto ilə birgə mətbuat konfransında bu haqda danışıb.

Nazir Çavuşoğlu çıxışında bunları söyləyib: 

"Biz NATO-nun inkişafını istəyirik. Fevralda iki ölkənin üzvlük məsələsi parlamentin gündəliyinə daxil olacaq. Türkiyə NATO-nun birliyinə və təhlükəsizliyinə ən çox töhfə verən 5 ölkədən, büdcəsinə isə ən çox töhfə verən 8 ölkədən biridir.

İsveç və Finlandiyanın təhlükəsizlik narahatlıqlarını başa düşürük, lakin onların Türkiyənin təhlükəsizlik narahatlıqlarını anlamamaları qəbuledilməzdir. PKK və FETÖ-nun xüsusilə İsveçdə sıx bir varlığı var. Pul toplama, terrorun maliyyələşdirilməsi, adamların cəlb edilməsi, təbliğat işləri davam edir.

Nərgiz,

Sitat.info



Xəbər xətti