ABŞ İranın PUA istehsalında iştirak edən şirkətlərini qara siyahiya saldı

20:15 31 Yanvar 2023

ABŞ Ticarət Departamenti İrandan olan 7 təşkilatı “Rusiya Silahlı Qüvvələrinə yardım etdiyi  üçün qara siyahıya salıb

 

ABŞ Ticarət Departamenti İrandan olan 7 təşkilatı “Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə yardım etdiyinə görə” qara siyahıya salıb.
Siyahıya, xüsusən aviasiya sənayesinin bir neçə müəssisəsi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri daxil edilib. “Bu yeddi təşkilatıb ABŞ hökuməti tərəfindən Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə yardım edərək, milli təhlükəsizlik maraqlarına və ya ABŞ-ın xarici siyasətinə zidd fəaliyyət göstərdiyi  müəyyən edilib”, - sənədin mətnində deyilir. deyir.

Amerika tərəfinin fikrincə, siyahıda olan şəxslər “Ukraynada istifadə üçün Rusiyaya verilən İran pilotsuz təyyarələrinin istehsalı ilə Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə töhfə veriblər”.

"Qara siyahıya düşmək həmin təşkilatlara qarşı ixrac nəzarəti tədbirlərinin tətbiqi deməkdir. Bu halda, qida və dərman istisna olmaqla, ixrac nəzarətinə məruz qalan bütün mallara ixrac lisenziyasının verilməsindən imtina siyasəti tətbiq olunacaq" - deyə sənəddə izah edilir.

Məğrur, 

Sitat.info



Xəbər xətti