Almaniyanın İstanbuldakı Baş Konsulluğu təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanıb. Hollandiya da İstanbuldakı konsulluğunun ictimaiyyət üçün müvəqqəti bağlandığını açıqlayıb. İngiltərənin İstanbuldakı Baş Konsulluğu da dünən verdiyi yeni açıqlamada konsulluğun bir müddət ictimaiyyət üçün bağlı olduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Quranı yandıran ifrat sağçı Rasmus Paludanın təxribat xarakterli hərəkətindən sonra Danimarka və Hollandiyada da oxşar təxribat xarakterli hərəkətlər baş verib.
Hadisələrdən sonra Türkiyə “anti-İslam, ksenofobiya və irqçi hərəkətlər”lə Avropa ölkələrinə qarşı sözlü hücuma keçdi. Avropa ölkələri də vətəndaşlarına “Quranın yandırıldığı və cırıldığı nümayişlərin anti-Qərb əhval-ruhiyyəsini stimullaşdıra, nümayişlərə və etirazlara səbəb ola biləcəyi” səbəbiylə qarşılıqlı səyahət xəbərdarlığı etdi.
ABŞ Türkiyəyə gələcək vətəndaşlarına səyahət xəbərdarlığı, Türkiyə də bu ölkələrə gedən vətəndaşlarına səyahət xəbərdarlığı edib.
Bütün bu proseslərdən sonra Almaniyanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri konsulluğun müvəqqəti bağlandığını bildiriblər. Hollandiyanın İstanbuldakı Baş Konsulluğu dünən konsulluğun müvəqqəti bağlandığını açıqlayıb. İngiltərənin İstanbuldakı Baş Konsulluğu da dünən verdiyi yeni açıqlamada konsulluğun bir müddət ictimaiyyət üçün bağlı olduğunu açıqlayıb.
Nərgiz,
Sitat.info