Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb TƏCİLİ

17:05 5 Mart 2022

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.



Xəbər xətti