Naxçıvanın işdən çıxarılan prokuroru həbs edilməyib - Rəsmi

12:16 2 Fevral 2023

Baş Prokurorluq bir sıra media qurumlarında Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

Sitat.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib. 

Qeyd olunub ki, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağandır.

Xatırladaq ki, S.Şahverdiyev yanvarın 31-də Prezident İlham Əliyevin sərəncamına əsasən işdən azad olunub. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.



Xəbər xətti