Bolqarıstanın Novı İskir şəhərindən Serbiyanın Niş şəhərinə uzanacaq qaz kəməri 2023-cü ilin sonuna qədər istifadəyə veriləcək.
Sitat.info xəbər verir ki, Bolqarıstan Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Rusiya qazından asılılığı azaltmaq üçün Serbiyaya qaz kəmərinin tikintisinə başladığını elan edib.
Bolqarıstanın energetika naziri Rossen Xristov bildirib ki, yeni qaz kəməri qazın Rusiya Federasiyasının hüdudlarından kənardan nəqlinə imkan verəcək və Avropanın cənub-şərqinə tədarükün təhlükəsizliyini artıracaq:
“Bolqarıstanın Novı İskir şəhərindən Serbiyanın Niş şəhərinə qədər uzanacaq 170 kilometrlik qaz kəmərinin 2023-cü ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bolqarıstan öz ərazisində 62 kilometrlik hissənin tikintisini oktyabrın sonunadək başa çatdırmağı planlaşdırır. Öz ərazisində qaz kəmərinin tikintisinə başlayan Serbiya işləri payıza qədər başa çatdırmağı planlaşdırır”.
Bildirilir ki, Avropa İttifaqının köməyi ilə maliyyələşdirilən yeni boru kəməri Serbiyaya Cənub Qaz Dəhlizindən və Yunanıstan və Türkiyədəki LNG terminallarından qeyri-Rusiya təchizatına çıxış imkanı verəcək.
Seymur,
Sitat.info