Prezident Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Ukraynaya silah və tank dəstəyinə diqqət çəkərək, Ukraynaya edilən sursat yardımının silah baronlarının xeyirinə olduğunu bildirib.
Bəs, müharibədən ən çox hansı şirkətlər qazandı?
Qərb ölkələri Ukraynaya silah yardımı edərkən müdafiələrini gücləndirmək üçün silah ticarətini də sürətləndirdilər.
Silah ticarətində lider ölkə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ şirkətlərinin birbaşa hərbi texnika və silah satışı keçən il 49 faiz artaraq 205 milyard 500 milyon dollara çatıb.
ABŞ Ukraynaya külli miqdarda hərbi yardım edib. Belə ki, Bayden dövründə Ukraynaya hərbi yardım 22 milyard dollara çatıb.
Müharibədən ən çox qazanan şirkətlər isə ABŞ-ın Raytheon, Lockheed Martin və Northrop Grumman şirkətləri olub.
Son olaraq, ABŞ, Ukraynaya 31 M1 Abrams tankının tədarük ediləcəyini açıqlayıb. ABŞ-ın “General Dynamics Land Systems” şirkəti tərəfindən istehsal olunan bu tankların hər birinin dəyəri, təlim və texniki xidmət də daxil olmaqla 10 milyon dollardan artıqdır.
Müharibəni fürsətə çevirən təkcə ABŞ deyil. Belə ki, Britaniya da Ukraynaya yardım hesabına müdafiə xərclərini artıraraq 2022-ci ildə Ukraynaya 2 milyard 300 milyon funt-sterlinq hərbi yardım edib.
Polşa və Almaniyanın da Ukraynaya silah-sursat göndərməsi, təbii ki, istehsalçı firmaların xeyrinədir.
Seymur Bənnayev
Sitat.info