Aİ qaza qənaət qərarını uzatmalı olacaq: Növbəti qışda donmamaq üçün...

17:31 2 Fevral 2023

Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinin “Avropa 2023-cü il üçün qaz perspektivi” adlı araşdırması dərc olunub.

Sitat.info xəbər verir ki, araşdırmaya görə, ötən il həyata keçirilən fövqəladə tədbirlər və isti qış ayları səbəbindən bu qış Aİ-də enerji böhranı olması ehtimalı azalıb. 

Növbəti qış üçün proqnozun hələ dəqiq  deyil. Amma Aİ-nin növbəti qış üçün qaz çənlərini doldurmalı, istehlakı azaltmalı və LNG tədarükündə Çinlə rəqabət aparmalı ola biləcəyi proqnozlaşdırılır.

Bu çərçivədə, xüsusilə qaz anbarları 2023-cü il oktyabrın 1-dək 90 faiz dolu olmalıdır. Gələn qışda enerji böhranı yaşamamaq üçün Aİ 2023-cü il martın 31-də başa çatan "qaza tələbatın azaldılması" qərarının müddətini uzatmalı və anbarları doldurmaq üçün qaza olan tələbatı azaltmalıdır.

Gələn qışda Rusiyadan təbii qazın boru kəmərləri ilə axını indiki səviyyədə davam edərsə və temperatur mövsümi normalar daxilində qalarsa, Aİ qaz tələbatını 13 faiz azaltmalıdır.

Proqnozlara görə, Rusiyadan boru kəmərləri ilə verilən təbii qaz tamamilə kəsilsə və qış soyuq keçərsə, daha sərt tədbirlərə ehtiyac olacaq və bu halda Aİ təbii qaza olan tələbatını 26 faiz azaltmalı ola bilər.  

Digər tərəfdən, Aİ-nin təbii qaz tələbatını 15 faiz azaltma qərarının icra müddəti gələn ay başa çatır. Üzv dövlətlərin bu müddəti uzatması gözlənilir.

Qış dövrünün sonundaAİ-nin qaz çənlərinin doluluğunun keçən illə müqayisədə daha çox olacağı gözlənilir. Hazırda qaz çənləri təxminən 73 faiz doluluq səviyyəsindədir.  

Nərgiz,

Sitat.info



Xəbər xətti