"Ukrayna və Aİ prokurorları birlikdə dəlil toplayır" - Ursula fon der Leyen

18:05 2 Fevral 2023

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Ukrayna və Aİ prokurorlarının dəlil toplamaq üçün birlikdə işlədiyini bildirib.

Sitat.info xəbər verir ki, komissiya sədri bu haqda bunları deyib: 

"İlk addım olaraq Ukraynada təcavüz cinayətlərinin təqib edilməsi üçün Haaqada beynəlxalq mərkəzin yaradılacağını elan etməkdən məmnunam. Bu mərkəz birgə Eurojust tərəfindən dəstəklənən istintaq qrupuna təqdim olunacaq sübutların toplanması prosesini əlaqələndirəcək. Beləliklə, Ukrayna, Eurojust, bizim birgə istintaq qrupumuz və Hollandiya ilə əməkdaşlıq ediləcək. Biz çox tez işə başlamağa hazır olacağıq”.

Qeyd edək ki, Aİ və Ukrayna administrasiyası sabah Kiyevdə müharibənin başlamasından bəri keçiriləcək ilk sammit görüşü üçün bir araya gələcək.

Nərgiz,

Sitat.info



Xəbər xətti