Vilayət Eyvazovdan yeni təyinat

12:18 4 Fevral 2023

Ağstafa Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

Sitat.info report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Mövsümlü Ömər Habil oğlu şöbənin baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ö.Mövsümlü bu təyinatadək Şəmkir RPŞ-nin əməliyyatçısı vəzifəsində çalışıb.



Xəbər xətti