Kiyev Ukrayna ordusunun nəzarətindədir, prezident isə... - AÇIQLAMA

20:20 5 Mart 2022

Paytaxt Kiyevdə vəziyyət tamamilə Ukrayna ordusunun nəzarətindədir. Dövlət orqanları öz yerindədir və işləməkdə davam edirlər.

Teleqraf.com  xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın qulluqçusu” Partiyasının deputatı Fedor Venislavski telemarafon zamanı deyib.

O qeyd edib ki, Kiyev şəhərində vəziyyətə Silahlı Qüvvələr tam nəzarət edir:

“Dövlət orqanları, hər şey yerindədir. Heç bir saxtakarlığa inanmayın. Prezident kabinetdə işləyir. Nazirlər Kabineti öz ofisində fəaliyyət göstərir. Deputatlar da işlərini görürlər. Kimi Kiyevdə, kimi rayonlarda - humanitar məsələlərin həllini, Silahlı Qüvvələrə tədarükün koordinasiyasını təmin etməyə kömək edir”.



Xəbər xətti