Türkiyədəki zəlzələ Suriyada da hiss olundu - 100-dən çox ölü, 400 yaralı

09:22 6 Fevral 2023

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss olunub.

Sitat.info “Al-Hadas” telekanalına istinadən xəbər verir ki, Suriyada zəlzələ nəticəsində 100-dən çox insan həlak olub.

Dağıntılar arasından 400 yaralı çıxarılıb. Həlak olanların əsas olaraq Hələb, Hama və Lazkiye şəhərlərinin sakinləri olduğu bildirilir.



Xəbər xətti