"Türkiyəmiz zəlzələnin faciəli nəticələri ilə üz-üzədir. Çox ağır, dəhşətli hadisədir. Allah ölənlərə rəhmət eləsin, yaralılar tezliklə şəfa tapsınlar".
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar , dünya dövlətləri biganə qalmamalı , dərhal Türkiyəyə yardım əlini uzatmalıdır: "Bildiyimizə görə , Azərbaycan hökuməti artıq yardım etməyə başlayıb. Hesab edirik ki , dövlət tərəfindən yardım genişləndirilməli , eyni zamanda cəmiyyət də yardım kampaniyasına qoşulmalıdır".
A.Nağı qeyd edib ki, Azad Vətən Partiyası olaraq, ərzar, paltar, yataq, çadır və digər ləvazimatların toplanmasına, həmçinin könüllü olaraq xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə yola düşməyə hazırıq.
Seymur,
Sitat.info