"Hələ ilkin informasiyalardan görsənir ki, Türkiyədə öldürücü zəlzələnin dağıdıcı gücü və miqyası böyükdür, bu gedişlə yekun məlumatlar daha dəhşətli mənzərə yaradacaq, bu dəhşətlərin mənəvi-psixoloji tərəflərini yaşamaq, iqtisadi zərər və sosial itkilərini aradan qaldırmaq tez bir zamanda mümkün olmayacaq".Türkiyə
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, bundan əlavə zəlzələ dövlətin qeyri-kommersiya xarakterli, sosial xərcləmələrini və son nəticədə büdcə kəsirini artıracaq: "Türk lirəsinin məzənnəsinin dəyərsizləşməsinə və istehlak bazarında qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Sosial və siyasi gərginliyi artıracaq, bütün bunlar qarşıdakı prezident seçkilərində iqtidarın nüfuzuna da təsirsiz ötüşməyəcək".
Seymur,
Sitat.info