Bayden Türkiyədə baş verənlərə görə kədərləndiyini deyib

18:20 6 Fevral 2023

Bayden Twitter hesabında Türkiyə və Suriyada baş verən zəlzələlərdən kədərləndiyini bildirib.

 Sitat.info xəbər verir ki, Bayden bu sözləri yazıb. 

 "Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntılara görə çox kədərlənirəm. Komandama vəziyyəti yaxından izləməyə davam etməyi və Türkiyə ilə koordinasiyalı şəkildə lazım olan hər cür dəstəyi verməyi tapşırdım". 

Qeyd edək ki, bu gün türkiyənin 10 şəhərində 7,5 -7,7 bal gücündə ardıcıl zəlzələlər qeydə alınıb, ölü sayı 1000-i keçib. 

Nərgiz,

Sitat.info



Xəbər xətti