Türkiyənin Vitse-prezidenti Fuat Oktay son brifinqində dünən baş verən 7,7 bal gücündə zəlzələdən sonra 3419 vətəndaşımızın həyatını itirdiyini, xəsarət alanların sayının isə 20534 nəfər olduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, Fuad Oktayın açıqlamalarından başlıqlar belədir;
- Ümumilikdə 3419 itki, 20534 yaralı var.
- 12181 axtarış-xilasetmə heyətimiz mövcuddur. Bunlardan 4060-ı Maraş, 2465-i Hatay, 1314-ü Qaziantep, 1721-i Adıyaman, 684-ü Osmaniye, 119-u Adana, 562-si Diyarbakır, 100-ü Şanlıurfa, 41-i Kilis və 112-si Malatyada fəaliyyət göstərir.
- Sağlamlıq personalımız da daxil olmaqla, bu sahədə çalışan ümumi personal sayımız 24 min 443 nəfərdir.
Məğrur,
Sitat.info