Türkiyədən təxliyə olunmaq istəyən azərbaycanlılara müraciət edilib

13:28 7 Fevral 2023

Azərbaycanın Türkiyədəki Səfirliyi Vətənə təxliyə olunmaq istəyən vətəndaşlara müraciət edib.

Sitat.info xəbər verir ki, təxliyə bu gün, fevralın 7-də saat 15:00-da baş tutacaq.

Azərbaycanlıların ölkəyə yola salınması avtobuslarla həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.



Xəbər xətti