Bakıdakı Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanları anılır.
“Sitat.info” xəbər verir ki, sıravi vətəndaşlar, qazilər, müxtəlif QHT üzvləri səfirliyə gələrək qardaş ölkə ilə həmrəylik göstərir.
Onlar səfirliyin qarşısındakı xüsusi guşəyə güllər, oyuncaqlar qoyur, qurbanların xatirəsinə şam yandırırlar.
Qeyd edək ki, baş verən təbii fəlakətlə əlaqədar Türkiyədə 7 günlük milli matəm elan edilib.








