“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ən yaxşı texnologiyalardan istifadə etməklə yüksək səviyyədə fəaliyyət göstərir”.
Sitat.info xəbər verir ki, bunu BMTİP-nin minatəmizləmə və inkişaf üzrə qlobal müşaviri Steinor Essen BMT-nin İnkişaf Proqramının (BMTİP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.
"İndiyədək minatəmizləmə işləri əsasən ölkənin öz vəsaiti hesabına həyata keçirilib. ANAMA ən yaxşı texnologiyalardan istifadə etməklə yüksək səviyyədə fəaliyyət göstərir. Azərbaycan donorların bu prosesə cəlb edilməsinə hazır olduğunu bəyan edib. Biz Aİ və Böyük Britaniya hökumətini bu prosesə cəlb etməyə və onların minatəmizləmə sahəsində təcrübələrindən faydalanmağa çalışırıq”, - Steinor Essen bildirib.
Onun sözlərinə görə, müharibənin başa çatmasından ötən iki il ərzində minatəmizləmə sahəsində böyük dəyişikliklər baş verib.
"Müharibədən sonra Qarabağa səfər edərkən burada minalarla bağlı vəziyyət dəhşətli idi, çünki məlumat çatışmazlığı var idi. Lakin iki il ərzində böyük dəyişikliklər olub", - BMTİP-nin nümayəndəsi əlavə edib.