İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (İMGVİ) prezidenti Carlo Doglioni, Kahramanmaraş mərkəzli zəlzələlərin Anadolu yarımadasını 3 metr qərbə doğru sürüşdürdüyünü söyləyib
Sitat.info xəbər verir ki, İtaliyanın zəlzələ və vulkanik fəaliyyət üzrə səlahiyyətli orqanı olan İMGVİ-nin rəhbəri Doglioni, İtaliya mətbuatına verdiyi açıqlamada Kahramanmaraş və ətraf ərazilərdə baş verən, 10 əyalətə təsir edən zəlzələləri qiymətləndirib.
Doglioni, hələlik 3 metrlik yerdəyişmə ilə bağlı ilk təxminlərin olduğunu, lakin son təsbiti peyk məlumatlarını əldə etdikdə verəcəklərini ifadə edib.
Türkiyədə baş verən zəlzələləri şərh edən digər ekspertlər, Kahramanmaraş mərkəzli zəlzələlərin 2016-cı ildə İtaliyada 300-dən çox insanın həyatını itirdiyi Amatrice zəlzələsindən min dəfə güclü olduğunu bildiriblər.
Seymur Bənnayev
Sitat.info