Bir tərəfdə ümid, bir tərəfdə kədər... Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sağ çıxanları göstərən görüntülər ümidləri canlandırarkən, digər tərəfdən zəlzələnin acı tərəfi də bu kadrlarda öz əksini tapdı. . Sitat.info xəbər verir ki, Kahramanmaraşlı atanın zəlzələdə həyatını itirən 15 yaşlı qızının əlini bir an belə buraxmamasını əks etdirən fotolar görənləri kədərə boğub.
Episentri Kahramanmaraş olan 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bütün Türkiyə dağıntılar altından eşidilən ən kiçik bir səsə, nəfəsə qulaqlarını açıb.
Bir tərəfdə ümidləri cücərdən xəbərlər, digər tərəfdən də zəlzələnin yaratdığı böyük dağıntının ürəkağrıdan görüntüləri var.
Fotoqraf Adem Altanın zəlzələnin episentri Kahramanmaraşda çəkdirdiyi görüntülərdə qızını itirən atanın ifadə olunması mümkün olmayan acısı və çarəsizliyi əks olunub.
Məğrur,
Sitat.info