Mərkəzi Kahramanmaraş olan, 10 vilayətdə baş verən zəlzələnin ikinci günündə bölgədəki ehtiyacların ödənilməsi və operativ reaksiya verilməsi üçün tədbirlər, Daxili İşlər Nazirliyinin AFAD Koordinasiya Mərkəzindən həyata keçirilir. Koordinasiya Köməkçisi Vitse-prezident Fuad Oktaydır.
Türkiyə Fəlakətlərə Müdaxilə Planı (TFMP) çərçivəsində Ankaradakı mərkəzdə, Daxili İşlər Nazirliyi və müvafiq qrupların da olduğu 25 işçi qrupu zəlzələdən sonra işlərini davam etdirir.
Vitse-prezident Fuat Oktayın koordinasiyasında aparılan işlərdə Ailə və Sosial Xidmətlər naziri Derya Yanık, Sənaye və Texnologiya naziri Mustafa Varank, bəzi nazir müavinləri və TFMP işçi qrupunun nümayəndələri iştirak edir.
Axtarış-xilasetmə, sığınacaq, təxliyyə və daşınma fəaliyyətlərinin təqib edildiyi mərkəzdə, bölgədən gələn PUA görüntüləri izlənilir və ehtiyaclara uyğun istiqamətləndirilir. 24 saat fəaliyyət göstərən işçi qrupları zəlzələ bölgəsindəki ehtiyacların müəyyən edilməsi və ödənilməsi üçün sahədəki axtarış-xilasetmı heyətlərləri ilə təmasda fəaliyyət göstərir.
Seymur Bənnayev
Sitat.info