49 saat sonra dağıntılar altından sağ tapıldı - VİDEO

10:10 8 Fevral 2023

Türkiyənin Hatay bölgəində baş verən zəlzələlərdən sonra çökən binaların dağıntılarında axtarış-xilasetmə işləri davam etdirilir.

Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, axtarışlar zamanı 49 saat sonra dağıntılar altından sağ adam çıxarılıb.

İxtisasca müəllim olan Akar adlı vətəndaşın sağ çıxarılması ətrafdakı insanlar tərəfindən alqışlarla qarşılanıb. 
O, müayinə üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin müxtəlif bölgələrində qeydə alınan dəhşətli zəlzələlərdən sonra ölənlərin sayı 5 mini ötüb, minlərlə insan yaralı və itkindir.



Xəbər xətti