Türkiyədən bu qədər vətəndaşımız təxliyə edildi

10:54 8 Fevral 2023

“Artıq 201 nəfər Azərbaycan vətəndaşı Türkiyənin Qaziantep, Malatya, Adana, Diyarbəkir, Kahramanmaraş, Elazığ bölgələrindən təxliyə olunub”.

Bu barədə “Sitat..info”nun sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.

“Aralarında 3-4 nəfər də Türkiyə vətəndaşı olmaqla təxliyə edilənlər avtobuslarla Gürcüstan sərhədinə yola düşüblər. Bu istiqamətdə əlavə tədbirlər davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

 



Xəbər xətti