Bakıda yardım toplama yeri dəyişdirildi – Yeni ünvan

11:05 8 Fevral 2023

Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardımların toplanması artıq Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında aparılmayacaq.

Bu barədə Sitat.info-ya Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Məlumatda sözügedən qərarın nəqliyyatın işində sıxlıq yaşanmaması üçün verildiyi qeyd olunub.

Artıq yardımlar Tiflis prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul ediləcək.



Xəbər xətti