Türkiyədə zəlzələ bölgəsində dağıntılar altında qalan 5 yaşlı Yağmurun atasına və xilasetmə qruplarına dediyi sözlər göz yaşlarına səbəb olub.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, 5 yaşlı qızcığaz, “Mən çox üşümüşəm, əllərim ağarıb. Nənəmin, atamın yanına getmək istəyirəm” – deyib. Sonra o, xilas edilərək atasına qovuşub.
Həmin gecə orada hava istiliyinin mənfi 4 dərəcəyə düşdüyü bildirilib.