Ərdoğan: Hər ailəyə 10 min TL veriləcək

15:31 8 Fevral 2023

Sonuncu xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərər çəkmiş yerləri araşdırmaq üçün bölgəyə gedib.

Sitat.info xəbər verir ki, Fəlakət bölgəsində açıqlama verən prezident Ərdoğan bildirib:  "Bu zəlzələ 10 əyalətimizi vurdu. Bu günə kimi 8 min 574 nəfər həlak oldu. Yaralıların sayı 49 min 133, dağılan binaların sayı 6 min 444-dür".

Ərdoğan bildirib ki, biz bu məsələ ilə bağlı Xəzinə və Maliyyə Nazirliyindən müəyyən büdcə ayırmışıq. İnşallah bu büdcə ilə zərər qiymətləndirmələri ilə birlikdə bu müddətdə onları rahatlaşdıracaq bir rəqəm, 10 min tl olaraq planladıq. Biz bu keçid dövründə onların çətinliklərini həll etmək istəyirik.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti