Həbib Nurməhəmmədovun adı Şöhrət Zalına daxil edilib

17:15 6 Mart 2022

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov Şöhrət Zalına daxil edilib.

"Report" UFC-nin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı idmançı adı buraya salınan ilk Rusiya təmsilçisi olub.

Şöhrət Zalına idmanın inkişafına həlledici təsir göstərmiş insanlar salınır.

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib. O, karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Bunlardan 13-ü UFC-yə təsadüf edib.



Xəbər xətti