Yenidən zəlzələ olması üçün dua etdilər - polis tərəfindən saxlanıldılar

21:04 8 Fevral 2023

Ankarada sosial mediada canlı yayım edərək "Zəlzələ olacaq" deyə dua oxuyan iki nəfər polis qrupları tərəfindən saxlanılıb.

Sitat.info xəbər verir ki, Kahramanmaraşda baş verən dağıdıcı 7,7 və 7,6 bal gücündə zəlzələlərə görə ölkədə matəm elan edilərkən, C.G. (17) və D.T.'nin (21): "Allahım, bu ölkəyə bir də zəlzələ nəsib et. İnşallah, yenidən zəlzələ olar və buralar yerlə bir olar" duası etməkləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Sosial mediada göstərilən reaksiyalardan sonra araşdırma başladılıb. İki şübhəli, Ankara Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları tərəfindən nəzarətə alındı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti