Daha 55 vətəndaşımız Kiyevdən dəxliyyə olundu - FOTOLAR,

17:45 6 Mart 2022

Bu gün Ukraynadan daha 55 vətəndaşımız təxliyyə edilib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Kəsəmən məlumat verib.

O, özünün sosial şəbəkə hesabında aşağıdakı məzmunda məlumat paylaşıb.

Həmin məlumatı, foto və videogörüntüləri təqdim edirik:

Bu gün, Ukrayna azadlıq savaşının 11-ci günü, Kiev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi və idarə heyətinin üzvü Oleq Krapivinin dəstəyi ilə 55 nəfər soydaşımızı (çoxu qadın və uşaq olmaqla) Kiev-İstanbul reysi ilə Vətənə uğurladıq!
 

Allah hamımızı qorusun!
 

Allah Ukraynamızı qorusun!..

 

 



Xəbər xətti