ABŞ prezidenti Co Bayden, mərkəzi Kahramanmaraş olan, Türkiyə və Suriyaya təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlərin şiddətini vurğulayaraq bildirib: "Bu, 100 ildən artıqdır ki, bölgədə baş verən ən pis zəlzələlərdən biridir".
Sitat.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden, Viskonsin ştatına səfəri zamanı açıqlamalar verib. Bayden, çıxışına Türkiyədə baş verən və Suriyaya da təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlərə toxunaraq başlayıb.
"Amerika xalqı adından bir dəqiqənizi almaq istəyirəm. Fikirlərimiz, dualarımız Türkiyə və Suriya xalqlarının yanındadır. Bilirsiniz kimi can itkisi günü-gündən artır. Bu ərazidə son 100 ildə ən güclü zəlzələlərdən biri idi. Həyat itkisinə görə kədərlənir və dərin hüznlə başsağlığı veririk”.
Zəlzələ günü prezident Rəcəb Tayyib Ərdoğana zəng etdiyini xatırladan Bayden qeyd edib: "Prezident Ərdoğana zəng etdiyim zaman dediyim kimi, ABŞ NATO müttəfiqimizə axtarış-xilasetmə qrupları da daxil olmaqla tam dəstəyini təklif etdi. ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Avropadakı silahlı qüvvələrimiz də daxil olmaqla, Türkiyə komandalarına bu sahədə kömək edirik”.
Seymur Bənnayev
Sitat.info