Avropa İttifaqının Türkiyə və Suriyanın şimal-qərbində Mülki Müdafiə Mexanizmi vasitəsilə indiyə qədər ən böyük axtarış-xilasetmə əməliyyatını həyata keçirdiyi bildirilib. Əsasən Türkiyədən olmaqla 20 Avropa İttifaqı ölkəsindən 1485 xilasedicinin, 100 axtarış-xilasetmə iti ilə sahədə olduğu vurğulanıb.
Sitat.info xəbər verir ki, Aİ Komissiyasının dünən verdiyi açıqlamada, 6 fevralda baş verən iki böyük zəlzələdən sonra Mülki Müdafiə Mexanizminin işə salındığı və Aİ-nin ən böyük axtarış-xilasetmə əməliyyatının bu mexanizm vasitəsilə həyata keçirildiyi vurğulanıb. Həmçinin, Aİ-nin humanitar yardıma "əlavə yardım" hazırlıdığında olduğu bildirilib və indiyə qədər göndərilən ekipaj və humanitar yardımdan əlavə, Almaniya, Litva və Sloveniyanın yorğan, çadır və qızdırıcılar təmin edəcəyi qeyd edilib.
Aİ Komissiyasına bağlı Mülki Müdafiə və Humanitar Yardım təşkilatı, Aİ-nin Türkiyə bölgələrindəki yardım səylərinin xəritəsini paylaşıb və Aİ qruplarının Kahramanmaraş, Adıyaman, Malatya, Qaziantep, Adana və Hatayda koordinasiya mərkəzlərinin olduğunu qeyd edib.
Seymur Bənnayev
Sitat.info